İyulun 3-də
Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana rəsmi səfəri
başa çatmışdır.
Azərbaycanın və
Polşanın dövlət bayraqları ilə bəzədilmiş
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali
qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Polşa dövlətinin
başçısını və xanımını Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi
şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2009.- 4 iyul.- S. 3.