İyulun 3-də Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
rusiyalı tanınmış tədqiqatçı alim və
yazıçı, professor Rudolf İvanov və onun
xanımı Yekaterina ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva
Azərbaycanın görkəmli hərbçiləri
haqqında kitabları ilə məşhur olan
yazıçı və onun xanımı ilə xatirə
şəkli çəkdirmişdir.
Heydər Əliyev
Fondunda yazıçını görməyə şad
olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycan
Prezidentinin sərəncamı ilə "Dostluq" ordeninə
layiq görülməsi münasibətilə qonağı təbrik
etmişdir.
Yazıçının
yaradıcılığının ölkəmizdə diqqətlə
izlənildiyini qeyd edən Mehriban xanım Azərbaycan tarixini
obyektiv araşdırdığına və bu mövzudakı
sanballı əsərlərinə görə professor Rudolf
İvanova təşəkkür etmişdir. Mehriban xanım
bildirmişdir ki, yazıçının
yaradıcılığı, eyni zamanda, Azərbaycan və
Rusiya arasında mədəni əlaqələrə töhfədir.
Heydər Əliyev
Fondunun prezidenti yazıçıya
yaradıcılığında yeni uğurlar
arzulamışdır.
Səmimi qəbula
görə təşəkkür edən yazıçı
Rudolf İvanov yaradıcılığına göstərilən
diqqətə görə minnətdarlıq etmişdir. O,
Prezident İlham Əliyevin sərəncamı ilə
"Dostluq" ordeni ilə təltif olunmasını
yaradıcılığına verilən böyük qiymət
kimi qəbul etdiyini demişdir.
Yaradıcılığı
haqqında məlumat verən yazıçı əsərlərinin
nəşrinə göstərdiyi köməyə görə
Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını
bildirmişdir.
Sonda
qarşılıqlı hədiyyələr təqdim
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.- 4 iyul.- S. 4.