"Azərbaycan
Respublikası Füzuli rayonunun ərazisində Birinci Zobucuq və
Beşinci Zobucuq bələdiyyələrinin yaradılması
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının "Azərbaycan Respublikası
Füzuli rayonunun ərazisində Birinci Zobucuq və Beşinci
Zobucuq bələdiyyələrinin yaradılması haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikası Füzuli rayonunun ərazisində
Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin
yaradılması haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 4 iyul.- S. 2.