Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹5, maddə
415; 2001-cı il, ¹12, maddə 736; 2002-ci il, ¹5, maddələr
235, 237, ¹12, maddə 706; 2004-cü il, ¹4, maddə 202, ¹6, maddə
396, ¹10, maddələr 761, 779; 2007-ci il, ¹5, maddə 442, ¹10,
maddə 938; 2008-ci il, ¹8, maddə 695) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. 1-ci maddədə:
1.1. 2-ci bənddə
"vəsaitlərin" sözü "vasitələrin"
sözü ilə əvəz edilsin;
1.2.
aşağıdakı məzmunda 3-cü bənd əlavə
edilsin, 3-12-ci bəndlər müvafiq olaraq 4-13-cü bəndlər
hesab edilsin:
"yanğın nəzarəti
- yanğın təhlükəsizliyi sahəsində norma
standartların və qaydaların tələblərinin
pozulmasının qarşısının alınmasına
yönəldilən dövlət nəzarəti fəaliyyətinin
xüsusi növüdür;";
2. 2-ci maddənin 1-ci
hissəsində "sərvətin" sözü "sərvətlərin"
sözü ilə, "yanğın təhlükəsizliyi"
sözləri "dövlət yanğından mühafizə"
sözləri ilə əvəz edilsin;
3. 4-cü maddədə:
3.1. 5-ci, 17-ci və 19-cu
bəndlər çıxarılsın;
3.2. 8-ci, 13-cü və
15-ci bəndlərdə "mühafizə" sözündən
sonra ismin müvafiq hallarında "və yanğın nəzarəti
qurumları" sözləri əlavə edilsin;
3.3. 14-cü bənddə
"mühafizə üçün fərqlənmə"
sözləri "mühafizə və yanğın nəzarəti
qurumları əməkdaşları üçün fərqləndirmə"
sözləri ilə əvəz edilsin;
3.4. 18-ci bənddə
"mühafizə orqanlarının və bölmələrinin"
sözləri "mühafizə və yanğın nəzarəti
qurumlarının" sözləri ilə əvəz edilsin;
4. 5-ci maddənin 2-ci bəndində
"müvafiq büdcələrin" sözləri
"dövlət büdcəsinin" sözləri ilə əvəz
edilsin və 7-ci bəndi çıxarılsın;
5. 6-cı maddədə:
5.1. birinci hissənin
3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"müəssisələrdə
yanğınların baş verməsi səbəblərinin
müəyyən edilməsi və müvafiq tədbirlərin
görülməsi sahəsində iş aparmaq;";
5.2. ikinci hissənin 1-ci
bəndində "bölmələrinin" sözü
"müvafiq qurumlarının" sözləri ilə,
6-cı bəndində "orqanlarına və bölmələrinə
kömək" sözləri "və yanğın nəzarəti
qurumlarına köməklik" sözləri ilə əvəz
edilsin;
6. 7-ci maddənin ikinci
hissəsinin 6-cı bəndində "bölmələrinin"
sözü "müvafiq qurumlarının" sözləri
ilə, 7-ci bəndində "bunların" sözü
"bu tələblərin" sözləri ilə əvəz
edilsin;
7. 8-ci maddənin birinci
hissəsinin 1-3-cü bəndlərində, 9-cu maddənin
adında və birinci hissəsində, 10-cu və 11-ci maddələrin
adında "mühafizəsi" sözü "mühafizə"
sözü ilə əvəz edilsin;
8. 8-ci maddənin birinci
hissəsinin 2-ci bəndində "idarə" sözü
"idarədənkənar" sözü ilə, 10-cu maddənin
adında və ikinci hissəsində "İdarə"
sözü "İdarədənkənar" sözü ilə
əvəz edilsin;
9. 9-cu maddənin
beşinci hissəsində "və onun bölmələrinin"
sözləri "müvafiq qurumlarının" sözləri
ilə əvəz edilsin, ", saxlanılmasını,
strukturunu və fəaliyyət qaydasını" sözləri
çıxarılsın;
10. 11-ci maddənin ikinci
hissəsində "haqq iş yeri üzrə orta aylıq
qazanc hesabı ilə ödənilir." sözləri
"ödəniş müvafiq icra hakimiyyəti
orqanlarının müəyyən etdiyi qaydada həyata
keçirilir." sözləri ilə əvəz edilsin;
11. 14-cü maddənin
ikinci hissəsində "habelə" sözündən
sonra "qanuna zidd olmayan" sözləri əlavə
edilsin, "maliyyələşdirmə" sözü
"maliyyə" sözü ilə, üçüncü
hissəsində "orqanı və onun bölmələri"
sözləri "orqanının müvafiq qurumları"
sözləri ilə əvəz edilsin;
12. 15-ci maddənin
üçüncü hissəsində "bölmələrinə"
sözü "müvafiq qurumlarına" sözləri ilə
əvəz edilsin;
13. 18-ci maddədə:
13.1. dördüncü
hissədə "vahid nömrə - 01" sözləri
"müvafiq icra hakimiyyəti orqanı tərəfindən
nömrə" sözləri ilə əvəz edilsin;
13.2. beşinci hissənin
3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"3) rabitə və nəqliyyat
vasitələrindən, avadanlıqlardan və digər texniki
vasitələrdən əvəzsiz olaraq istifadə
olunur;";
14. 20-ci maddənin ikinci
hissəsindən "və onun bölmələri"
sözləri çıxarılsın;
15. 22-ci maddənin
birinci hissəsində "binaların və
qurğuların" sözlərindən sonra mötərizədə
"bundan sonra - məhsulun və xidmətlərin"
sözləri əlavə edilsin;
16. 25-ci maddədə:
16.1. birinci hissənin
ikinci cümləsində, üçüncü-beşinci
hissələrdə "və onun bölmələrinin"
sözləri "yanğın nəzarətini həyata
keçirən qurumunun" sözləri ilə əvəz
edilsin;
16.2. ikinci hissədə
"müvafiq icra hakimiyyəti orqanının" sözlərindən
sonra "yanğın nəzarətini həyata keçirən
qurumunun" sözləri əlavə edilsin;
16.3.
üçüncü hissənin 3-cü bəndi
aşağıdakı redaksiyada verilsin:
"yanğın təhlükəsizliyi
qaydalarının tələblərinin pozulmasının
qarşısını almaq məqsədi ilə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada müayinələr
aparmaq;";
16.4.
üçüncü hissənin 10-cu bəndində "məhkəmə
və ya prokurorluq orqanlarına" sözləri
"müvafiq icra hakimiyyəti orqanına" sözləri
ilə əvəz edilsin;
17. 27-ci maddədə:
17.1. birinci hissə
aşağıdakı redaksiyada verilsin:
"Yanğın təhlükəsizliyinə
dair dövlət və regional proqramlar üzrə məqsədli
maliyyə təminatı dövlət büdcəsində
ayrıca sətirdə göstərilməklə
planlaşdırır və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı
üzrə istifadə edir.".
17.2. ikinci hissədə
"və onun bölmələrinin" sözləri
"yanğın təhlükəsizliyini həyata keçirən
qurumlarının" sözləri ilə əvəz edilsin;
17.3.
üçüncü hissədə "orqanının"
sözündən sonra "yanğından mühafizə xidmətini
həyata keçirən qurumunun" sözləri əlavə
edilsin, "digər maliyyələşdirmə mənbələrinin
əlavə vəsaiti" sözləri "qanuna zidd olmayan
digər maliyyələşmə mənbələri"
sözləri ilə əvəz edilsin;
17.4. dördüncü
hissə çıxarılsın;
17.5. beşinci və
altıncı hissələr aşağıdakı redaksiyada
verilsin:
"Dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının yanğından mühafizə xidmətini həyata
keçirən qurumunun şəhər (rayon) hissələri
(bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır.
Yaradılacaq hissələrin
(bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri
üçün Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının yanğından mühafizə
xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin
bir vahidi hesabı ilə müəyyənləşdirilir.
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının müvafiq qurumlarında maddi-texniki təminat
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada və normada həyata
keçirilir.";
17.6
aşağıdakı redaksiyada yeddinci hissə əlavə
edilsin:
"Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində
təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi
üçün, dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilən işlər istisna olmaqla, digər
mənbələr hesabına maliyyələşdirilən
bina və qurğuların (12 metr hündürlüyədək
fərdi yaşayış və bağ evləri istisna olmaqla)
tikintisi, yenidən qurulması və genişləndirilməsi
işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində
müvafiq icra hakimiyyəti orqanının hesabına məcburi
ayırmalar ödənilir.";
18. IV Fəslin adında
"orqanında və onun bölmələrində"
sözləri "orqanının müvafiq
qurumlarında" sözləri ilə əvəz edilsin;
19. 28-ci maddədə:
19.1. adında, birinci,
ikinci və üçüncü hissələrdə "və
onun bölmələrinin" sözləri "müvafiq
qurumlarının" sözləri ilə əvəz edilsin;
19.2. dördüncü
hissədə "ağır" sözü
çıxarılsın, "orqanına və onun bölmələrinə"
sözləri "orqanının müvafiq qurumlarında xidmətə"
sözləri ilə əvəz edilsin;
19.3. birinci hissədə
"müvafiq sıravi" sözləri "sıravi"
sözü ilə, ikinci hissədə "kursantları
da" sözləri "müdavimləri də" sözləri
ilə əvəz edilsin;
20. 29-cu maddədə:
20.1. adında, birinci,
ikinci və üçüncü hissələrdə
"orqanında və onun bölmələrində"
sözləri "orqanının müvafiq
qurumlarında" sözləri ilə əvəz edilsin;
20.2. birinci hissədə
"xidmət keçməsini tənzimləyən
qaydalar" sözləri "xidmət keçmə"
sözləri ilə əvəz edilsin;
20.3. dördüncü
hissədə "və onun bölmələrinin"
sözləri "müvafiq qurumlarının" sözləri
ilə əvəz edilsin;
21. 30-cu maddədə:
21.1. adında, birinci,
ikinci və üçüncü hissələrdə "və
onun bölmələrinin" sözləri "müvafiq
qurumlarının" sözləri ilə əvəz edilsin;
21.2. ikinci hissədə
"polis orqanlarının əməkdaşları"
sözləri "hərbi qulluqçuları" sözləri
ilə əvəz edilsin;
22. 31-ci maddədə:
22.1. adında "və
onun bölmələrinin şəxsi heyətinin" sözləri
"müvafiq qurumlarının əməkdaşlarının"
sözləri ilə əvəz edilsin;
22.2. birinci hissə
aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının yanğın təhlükəsizliyini təmin
edən müvafiq qurumlarının əməkdaşlarının
pul təminatı qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirilir.";
22.3. ikinci hissə
çıxarılsın;
23. 32-ci maddəsinin
adında və mətnində "və onun bölmələrinin"
sözləri "müvafiq qurumlarının" sözləri
ilə əvəz edilsin;
24. 33-cü maddədə:
24.1. adında və
birinci hissədə "və onun bölmələrinin"
sözləri "müvafiq qurumlarının" sözləri
ilə əvəz edilsin;
24.2. ikinci hissədən
"və onun bölmələrinə" sözləri
çıxarılsın;
25. 35-ci maddədə:
25.1. adında "və
onun bölmələrinin" sözləri "müvafiq
qurumlarının" sözləri ilə əvəz edilsin;
25.2. birinci hissədə
"orqanlarının və onun bölmələrinin"
sözləri "orqanının müvafiq
qurumlarının" sözləri ilə əvəz edilsin,
"yanğından mühafizə orqanlarının və
onun bölmələrinin" sözləri
çıxarılsın;
25.3. ikinci hissə
çıxarılsın.
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2009-cu il
Azərbaycan.- 2009.- 4 iyul.- S. 2.