"Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 28 aprel tarixli 802-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki:
"Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin
birinci hissəsinin 8-ci, 14-cü və 18-ci bəndlərində,
9-cu maddəsinin beşinci hissəsində (ikinci halda) və
29-cu maddəsinin üçüncü hissəsində (ikinci
halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
həmin qanunun 4-cü
maddəsinin birinci hissəsinin 2-ci, 7-ci, 9-cu, 10-cu və 12-ci bəndlərində,
17-ci maddəsinin üçüncü hissəsinin ikinci
cümləsində, 22-ci maddəsinin ikinci və
üçüncü hissələrində, 27-ci maddəsinin
altıncı hissəsində (ikinci halda) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini və 19-cu maddəsində
(birinci halda) nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanları"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
həmin qanunun 4-cü
maddəsinin birinci hissəsinin 1-ci, 3-cü, 4-cü, 6-cı,
11-ci, 13-cü, 15-ci və 16-cı bəndlərində,
6-cı maddəsinin ikinci hissəsinin 1-ci, 8-10-cu bəndlərində,
7-ci maddəsinin ikinci hissəsinin 2-ci, 6-cı və 7-ci bəndlərində,
9-cu maddəsinin birinci-dördüncü hissələrində
və beşinci hissəsində (birinci halda), 10-cu maddəsinin
birinci hissəsində (ikinci halda) və ikinci hissəsində,
11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində
və ikinci hissəsində, 14-cü maddəsinin
üçüncü və dördüncü hissələrində,
15-ci maddəsinin üçüncü hissəsində (ikinci
halda), 16-cı maddəsinin üçüncü hissəsində,
18-ci maddəsinin birinci və dördüncü hissələrində,
19-cu maddəsində (ikinci halda), 20-ci maddəsinin ikinci hissəsində,
21-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin
beşinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin
ikinci cümləsində, ikinci hissəsində,
üçüncü hissəsində, üçüncü
hissənin 10-cu bəndində, dördüncü və
beşinci hissələrində, 27-ci maddəsinin
birinci-üçüncü hissələrində, beşinci
hissəsinin birinci cümləsində (birinci və ikinci
halda) və ikinci cümləsində, altıncı hissədə
(birinci halda), yeddinci hissədə (birinci və ikinci halda), IV
fəslinin adında, 28-ci maddəsinin adında,
birinci-dördüncü hissələrində, 29-cu maddəsinin
adında, birinci hissəsində, ikinci hissəsində (birinci
və ikinci halda), üçüncü hissəsində
(birinci halda) və dördüncü hissəsində, 30-cu
maddəsinin adında, birinci-üçüncü hissələrində,
31-ci maddəsinin adında və birinci hissəsində, 32-ci
maddəsinin adında və birinci hissəsində, 33-cü
maddəsinin adında, birinci və ikinci hissələrində,
34-cü maddəsində, 35-ci maddəsinin adında və
birinci hissəsində (birinci və ikinci halda) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata
keçirir;
həmin qanunun 4-cü
maddəsinin birinci hissəsinin 20-ci bəndində və
24-cü maddəsinin dördüncü hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti
orqanları həyata keçirir;
həmin qanunun 5-ci maddəsinin
adında və birinci hissəsində, 10-cu maddəsinin birinci
hissəsində (birinci halda), 15-ci maddəsinin
üçüncü hissəsində (birinci halda) və
16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini mərkəzi
və yerli icra hakimiyyəti orqanları həyata keçirir;
həmin qanunun 20-ci maddəsinin
üçüncü hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət
Statistika Komitəsi ilə razılaşdırmaqla həyata
keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 4 iyul.- S. 2.