Nabukko Türkiyə üçün strateji layihədir

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Rumıniyaya səfəri zamanı Prezident Trayan Besesku və xarici işlər naziri Kristian Diakonesku ilə keçirdiyi görüşlərdən sonra təşkil olunmuş mətbuat konfransında demişdir ki, Ankara Buxarest ilə enerji sahəsində, xüsusilə Nabukko layihəsi üzrə əməkdaşlıq etməkdə maraqlıdır.

Əhməd Davudoğlu bildirmişdir ki, Nabukko Türkiyə üçün strateji əhəmiyyətə malik olan layihədir. İnanıram ki, bu layihə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə olacaqdır.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 5.