İsmayıllıda daha bir
kəndin qaz xətləri təzələndi
Regionların
sosial-iqtisadi inkişafı üzrə I Dövlət
Proqramından irəli gələn vəzifələrin
icrası ilə bağlı İsmayıllı rayonunda da bir
çox layihə həyata keçirilmiş, II Dövlət
Proqramında bir çoxunun icrası nəzərdə
tutulmuşdur.
Təzəkənd
İsmayıllının axar-baxarlı kəndlərindən
sayılır. Bu kənddə yaşayanların 17 il idi ki,
gözü yolda qalmışdı. Nəhayət, bu günlərdə
onların intizarına son qoyuldu. 7600 metr kəndarası orta təzyiqli
və 9070 metr paylayıcı qaz xətti əsaslı təmir
olunduqdan, bəzi hissələrdə bərpa işləri
aparıldıqdan sonra istifadəyə verildi. 265 ailənin
sevincinə səbəb
olan və bununla bağlı keçirilən mərasimdə çıxış
edən İsmayıllı
RİH başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Novruzəli Aslanov, Yeni Azərbaycan
Partiyası İsmayıllı
rayon təşkilatının
sədri Əzizə Vahabova təzəkəndliləri
təbrik edərək
onlara uğurlar arzuladılar.
Çıxışlarda
qeyd edildi ki, 2013-cü ilədək ikinci Dövlət
Proqramına uyğun olaraq rayonun daha 48 kəndinə qazın
verilməsi bərpa olunacaqdır.
Kəndin
ağsaqqallarından Ötərxan Rəcəbov, Təzəkənd
orta məktəbinin direktoru Elxan Bədəlov və müəllim
Ağa Nəcəfov qayğı və diqqətə görə
ölkə rəhbərliyinə təşəkkürlərini
bildirdilər.
Valeh SALEHOV,
İsmayıllı Rayon İcra
Hakimiyyətinin şöbə müdiri
Azərbaycan.- 2009.- 4 iyul.- S. 6.