Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹ 8, maddə 440; 2006-cı il, ¹ 3, maddə
229, ¹ 6, maddə 498; 2007-ci il, ¹ 2, maddələr 86, 101, ¹ 3,
maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10,
maddə 948, ¹ 12, maddə 1242; 2008-ci il, ¹ 1, maddə 9, ¹ 3, maddələr
173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723) ilə təsdiq
edilmiş "İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu"na aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1. 2.1.2-ci bəndinin
ikinci abzasına və 3.2.2-ci bəndinin ikinci abzasına
"Azərbaycan Respublikası Prezidentinin işlər
müdiri" sözlərindən sonra ", Azərbaycan
Respublikası Prezidentinin işlər müdirinin birinci
müavini" sözləri əlavə edilsin.
2. 2.1.3-cü bəndinin
ikinci abzasından və 3.2.3-cü bəndinin ikinci
abzasından "Azərbaycan Respublikası Prezidentinin işlər
müdirinin birinci müavini," sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 5 iyul.- S. 1.