1. 2009-cu il fevralın
26-da Havana şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində
əməkdaşlıq haqqında Saziş" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Kuba
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 5 iyul.- S. 1.