1. 2009-cu il aprelin 22-də
Tehran şəhərində imzalanmış "Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və
İran İslam Respublikası Milli Gənclər Təşkilatı
arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə İran
İslam Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 5 iyul.- S. 1.