Rumıniya Azərbaycandan daha böyük həcmdə
neft və neft məhsulları almaq niyyətindədir
Sənaye və energetika
naziri Natiq Əliyev Adriyan Vidyanunun Azərbaycana səfərini
yüksək qiymətləndirərək bu səfərin
ölkələrimiz arasında əməkdaşlığın
inkişafında mühüm rol oynayacağını
bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan və
Rumıniya prezidentləri arasında olan dostluq və səmimi
münasibətlər ölkələrimizin bütün sahələrdə
əlaqələrinin inkişafı üçün möhkəm
zəmin yaratmışdır. Bildirilmişdir ki, Azərbaycan
bütün sahələrdə olduğu kimi, enerji təhlükəsizliyi
məsələsində də Rumıniya ilə intensiv əməkdaşlığın
qurulmasında maraqlıdır və qarşılıqlı
fayda verə biləcək bütün məsələlər
müzakirə edilə bilər. Azərbaycan, Rumıniya da
daxil olmaqla, bütün Avropa İttifaqı ölkələri
ilə enerji təhlükəsizliyi məsələsində
real əməkdaşlığa hazırdır.
Rumıniya ilə Azərbaycan
arasında siyasi və iqtisadi münasibətlərin yüksək
səviyyədə olduğunu qeyd edən Adriyan Vidyanu
bildirmişdir ki, ölkəsi Azərbaycan ilə bütün
sahələrdə əlaqələrin daha da möhkəmlənməsində
maraqlıdır. Nazir Azərbaycanı Xəzər regionunda
Rumıniyanın dostu və etibarlı tərəfdaşı
adlandırmışdır. Adriyan Vidyanu ölkəsinin Azərbaycandan
daha böyük həcmdə neft və neft məhsulları
almaq niyyətini də ifadə etmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
də geniş müzakirə olunmuşdur.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev görüşdə iştirak
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 iyul.- S. 2.