"Azərbaycanda korporativ istiqraz bazarının inkişafı" mövzusunda beynəlxalq konfrans

 

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və "Yapı Kredi"nin dəstəyi ilə Bakıda "Azərbaycanda korporativ istiqraz bazarının inkişafı" mövzusunda beynəlxalq konfrans keçirmişdir.

Tədbirdə şirkətlərin maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə borclanma mexanizmlərinin tətbiqi və maliyyə bazarının inkişafı haqqında təklif və fikirlər müzakirə olunmuşdur.

Konfransda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıc, "Yapı Kredi"nin İdarə Heyətinin sədri Tayfun Bayazit, "Yapı Kredi"nin İdarə Heyətinin üzvü və baş icraçı direktoru H.Faik Açıkalın, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, "Yapı Kredi İnvestr"in baş meneceri Ahmet Yıldırım, "Yapı Kredi" Xəzinə İdarəedilməsi üzrə baş direktor müavini Mert Yazıçıoğlu və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Xəyal Abdinov məruzə etmişlər.

"Yapı Kredi"nin baş icraçı direktoru H.Faik Açıkalın "Yapı Kredi"nin Azərbaycanda 10 ildir fəaliyyət göstərdiyini və yeni investisiyalarla bu ölkədə fəaliyyətini genişləndirdiryini bildirdi. Dedi ki, cari ilin may ayı daxil olmaqla, 180 milyon ABŞ dolları dəyərində "Yapı Kredi" Azərbaycanın 2.350 korporativə, sahibkara, 19.600 fərdi müştəriyə xidmət göstərib.

Azərbaycan maliyyə bazarı inkişafdadır. Bir bankçılıq sisteminin daha sürətli inkişafı üçün bu sahədəki bilik və təcrübəmizi bazar iştirakçıları ilə paylaşırıq. Azərbaycan iqtisadiyyatında özəl sektorun borclanma mexanizmlərinin tətbiqi və maliyyə mənbələrinin əldə edilməsi yollarının zənginləşdirilməsi üçün həyata keçirilən fəaliyyətə dəstək veririk.

Konfransda Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə yanaşı, beynəlxalq istvestorlar, sərmayə şirkətləri, banklar və maliyyə institutları iştirak edirdilər.

 

 

V.CƏFƏROV

 

Azərbaycan.- 2009.- 5 iyul.- S. 3.