"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı
təsis edilsin.
II. "Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 23, maddə
996; 1993-cü il, ¹ 23, maddə 676; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
251; 2003-cü il, ¹ 12, I kitab, maddə 677; 2005-ci il, ¹ 4, maddə
291; 2006-cı il, ¹ 10, maddə 846; 2007-ci il, ¹ 3, maddə 213;
2008-ci il, ¹ 6, maddələr 452, 472) 2-ci maddəsinə
aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə
edilsin:
"Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)"
yubiley medalı.".
III. "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı
haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
IV. "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley
medalının təsviri təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.