"Diplomatik
xidmətdə fərqlənməyə görə" medalının
təsis edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Diplomatik xidmətdə
fərqlənməyə görə" Azərbaycan
Respublikasının medalı təsis edilsin.
II. "Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 23, maddə
996; 1993-cü il, ¹ 23, maddə 676; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
251; 2003-cü il, ¹ 12, I kitab, maddə 677; 2005-ci il, ¹ 4,
maddə 291; 2006-cı il, ¹ 10, maddə 846; 2007-ci il, ¹
3, maddə 213; 2008-ci il, ¹ 6, maddələr 452, 472) 2-ci maddəsinə
aşağıdakı məzmunda on səkkizinci abzas əlavə
edilsin:
"Diplomatik xidmətdə
fərqlənməyə görə" medalı.".
III. "Diplomatik xidmətdə
fərqlənməyə görə" Azərbaycan
Respublikasının medalı haqqında Əsasnamə təsdiq
edilsin (əlavə olunur).
IV. "Diplomatik xidmətdə
fərqlənməyə görə" Azərbaycan
Respublikasının medalının təsviri təsdiq edilsin
(əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.