"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının 2009-cu il 30 iyun tarixli 850-IIIQ nömrəli
qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası
diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikası diplomatik xidmət
orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının 2009-cu il 30 iyun
tarixli
850-IIIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı
haqqında Əsasnamə"nin 2-ci bəndində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həyata
keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.