"Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

"Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 849-IIIQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Diplomatik xidmətdə fərqlənməyə görə" medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 1.