1. "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı
ilə Azərbaycan Respublikasının diplomatik xidmət
orqanlarında vəzifələrini nümunəvi yerinə
yetirən, diplomatik xidmətdə yüksək nəticələr
əldə edən diplomatik xidmət orqanlarının
diplomatik xidmət əməkdaşları, diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslər, diplomatik xidmət orqanlarının
veteranları, habelə Azərbaycan Respublikasının beynəlxalq
əlaqələrinin inkişaf etdirilməsində fəal
iştirak edən və diplomatik xidmət orqanlarının
inkişafında xüsusi xidmətləri olan digər şəxslər
təltif edilirlər.
2. "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı
ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən
şəxslər Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
3. "Azərbaycan
Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda,
onlardan sonra taxılır.
Azərbaycan.- 2009.- 8 iyul.- S. 2.