"Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

1. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının diplomatik rütbəsi olan əməkdaşlarına aşağıdakılara görə verilir:

1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.2. diplomatik xidmət sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

1.3. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində mühüm işlərin görülməsinə görə;

1.4. diplomatik xidmət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.

2. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 2.