"Diplomatik xidmətdə fərqlənməyə
görə" Azərbaycan
Respublikasının medalının
təsviri
1. "Diplomatik xidmətdə
fərqlənməyə görə" Azərbaycan
Respublikasının medalı bilavasitə dairəvi medaldan və
düzbucaqlı lövhədən ibarətdir.
Medalın diametri 35
mm-dir, hər iki üzü qızılı rəngli dairəvi
metal lövhədən ibarətdir, üz tərəfində
iki dairə yerləşdirilmişdir. Birinci dairədə
yuxarı qövs boyunca "Azərbaycan
Respublikasının", aşağı qövs boyunca
"Diplomatik xidməti" sözləri həkk
olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində
simmetrik şəkildə bir-birinin üstünə qoyularaq Azərbaycan
milli ornamentlərinin elementini əks etdirən qabarıq
qızılı haşiyə içərisində
"Diplomatik xidmətdə fərqlənməyə görə"
sözləri həkk olunmuşdur.
Medalın arxa tərəfi
hamar səthlidir, ortasında diametri 21 mm olan Azərbaycan
Respublikasının dövlət gerbinin qızılı rəngdə
qabarıq əksi həkk olunmuşdur.
Medal paltara bərkidilmək
üçün elementi olan, 27 mm x 39 mm ölçüdə,
aşağıya doğru bucaq altında kəsilən göy
rəngli ("Panton 3005 C") metal lövhəyə halqa və
ilgək vasitəsilə birləşdirilir. Lövhənin
üzərində aşağı sol küncdən yuxarı
sağ küncə doğru yüksələn və hər
birinin eni 0,5 mm olan 4 qızılı zolaqdan və onların
arasında yerləşən, hər birinin eni 4 mm olan və
Azərbaycan Respublikasının dövlət
bayrağının rənglərini əks etdirən 3 maili
zolaqdan ibarət element yerləşir. Lövhənin alt hissəsində
eni 4 mm olan qızılı təbəqə bərkidilir.
Medala 27 mm x 9 mm
ölçüdə, paltara bərkidilmək
üçün elementi olan, metaldan düzəldilmiş və
göy rəngli ("Panton 3005 C") fonda, üzərindəki
lövhədə Azərbaycan Respublikasının dövlət
bayrağının rənglərini əks etdirən
üç maili zolağı təkrar edən element yerləşdirilmiş
qəlib əlavə olunur.
Azərbaycan.- 2009.- 8 iyul.- S. 2.