Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyəti Azərbaycan
ilə əməkdaşlığa
böyük önəm
verir
İyulun 7-də Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin
(GTZ) "Azərbaycanda məhkəmə və hüquq
islahatlarının dəstəklənməsi" layihəsinin
rəhbəri xanım Anja Königsmann ilə
görüşmüşdür.
Konstitusiya Məhkəməsinin
sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, məhkəmə-hüquq
islahatları, qabaqcıl Avropa təcrübəsinin öyrənilib
tətbiq edilməsi sahəsində görülən işlər
barədə qonağa məlumat vermişdir.
F.Abdullayev demişdir ki,
Azərbaycan məhkəmələri Avropa məhkəmə
sisteminin elementlərini özündə ehtiva edir. Ölkəmizdə
Avropa məhkəmə qanunvericiliyi ilə yanaşı, beynəlxalq
məhkəmə qanunvericiliyindən də geniş istifadə
olunur.
Sürətli və hərtərəfli
inkişaf dövrünü yaşayan respublikamızda digər
sahələrdə olduğu kimi, məhkəmə və
hüquq sahəsində də məqsədyönlü
islahatlar aparıldığını vurğulayan F.Abdullayev
bildirmişdir ki, Azərbaycanda Konstitusiya Məhkəməsi
1998-ci ildə yaradılmış və fəaliyyətə
başladığı ilk gündən beynəlxalq təcrübəyə,
xüsusən Almaniya Federal Konstitusiya Məhkəməsinin təcrübəsinə
üstünlük vermişdir.
Konstitusiya Məhkəməsinin
sədri GTZ tərəfindən 1998-ci ildən həyata
keçirilməsinə başlanmış "Azərbaycanda
məhkəmə və hüquq islahatlarının dəstəklənməsi"
layihəsinin xüsusi rolu olduğunu
vurğulamışdır. Məhz bu layihənin icrası Azərbaycanda
məhkəmə və hüquq sahəsində hazırlanan
qanunların beynəlxalq standartlara cavab verməsinə, bu
zaman müasir hüququn inkişaf meyillərinin nəzərə
alınmasına imkan yaratmışdır.
F.Abdullayev Konstitusiya Məhkəməsinin
beynəlxalq əlaqələrinin qurulmasında GTZ-nin
mühüm rolunu qeyd edərək cəmiyyətlə əməkdaşlığın
gələcəkdə də səmərəli
olacağına əminliyini söyləmişdir.
A.Königsmann səmimi
görüşə və xoş sözlərə görə
minnətdarlığını bildirmişdir. Azərbaycanın
sürətlə inkişaf etməsinin şahidi olduğunu
deyən qonaq qazanılmış uğurların Konstitusiya Məhkəməsinin
nümunəsində də aşkar
göründüyünü bildirmişdir.
Layihənin rəhbəri
vurğulamışdır ki, GTZ Azərbaycan ilə əməkdaşlığa
böyük önəm verir. A.Königsmann Azərbaycanda fəaliyyəti
dövründə cəmiyyətlə Konstitusiya Məhkəməsi
arasında əlaqələrin bundan sonra da genişlənməsinə
çalışacağını demişdir.
Qonaq Konstitusiya Məhkəməsinin
iş şəraiti ilə tanış olmuş, iclas
zallarına baxmışdır. A.Königsmanna xatirə hədiyyələri
verilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 8 iyul.- S. 2.