Nazirlər Komitəsi Azərbaycan ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır

 

Avropa Şurasının (AŞ) rəsmi saytında bildirilir ki, qurumun Nazirlər Komitəsinin 1062-ci iclasında Azərbaycanda, Belarusda, Bosniya və Herseqovinada demokratiyanın inkişafı və sabitliyin möhkəmləndirilməsi ilə bağlı müzakirələr keçirilmişdir.

Azərbaycana dair məsələnin müzakirəsi zamanı Nazirlər Komitəsinin ölkəmizlə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu xüsusi vurğulanmışdır. 2009-2010-cu illərdə AŞ Nazirlər Komitəsi ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində 22 layihənin həyata keçirilməsi qərara alınmışdır. Layihələrdə korrupsiyaya və "çirkli" pulların yuyulmasına qarşı mübarizə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, seçki sisteminin daha da təkmilləşdirilməsi, yerli demokratiyanın inkişafı və digər məsələlər əksini tapmışdır.

Layihələrin bir çoxunun Avropa Komissiyası tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2009.- 8 iyul.- S. 3.