Azərbaycan-Suriya münasibətlərinin çox gözəl perspektivləri vardır

 

İyulun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya Prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Suriya Prezidentinə raport verdi.

Suriyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları İlham Əliyev Bəşşar əl-Əsəd fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Suriya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Bəşşar əl-Əsədə, Suriya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər xanımları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 1.