Azərbaycan Prezidenti İlham
Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin təkbətək
görüşü
İyulun 8-də rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın Suriya Ərəb
Respublikasının Prezidenti Bəşşar əl-Əsəd
və xanımı Əsma əl-Əsəd ilə birgə
görüşü olmuşdur.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar
əl-Əsədin təkbətək görüşü
keçirilmişdir.
Görüşdə
dövlət başçıları ölkələrimiz
arasında əlaqələrin inkişafından məmnunluqlarını
ifadə etdilər.
Prezidentlər dövlətlərimiz
arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə
ümidvar olduqlarını bildirdilər, bu səfərin Azərbaycan-Suriya
ikitərəfli münasibətlərinin yeni mərhələyə
yüksəlməsinə təkan verəcəyini
vurğuladılar.
Görüşdə
ikitərəfli münasibətlər, regional və beynəlxalq
məsələlər barədə fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 1.