Azərbaycan Suriya Prezidentlərinin geniş tərkibdə görüşü

 

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən bir daha sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana ilk rəsmi səfərinizdir və mən əminəm ki, səfər çox uğurlu keçəcəkdir. Səfər çərçivəsində imzalanacaq sənədlər və əldə ediləcək nailiyyətlər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qalxmasına xidmət göstərəcəkdir.

Biz çox istəyirik ki, Suriya-Azərbaycan əlaqələri bütün sahələrdə genişlənsin və iki xalqa fayda versin. Əminəm ki, səfəriniz uğurlu keçəcək və gələcək münasibətlərə güclü təkan verəcəkdir.

Bir daha xoş gəlmisiniz.

Suriya Prezidenti Bəşşar əl-ƏSƏD səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Cənab Prezident, öz adımdan və məni müşayiət edən nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirirəm.

Sizin ölkənizə gələndən bəri biz isti qonaqpərvərlik duyuruq. Biz səfər başlayandan bəri hiss edirik ki, iki ölkə arasında əməkdaşlıq üçün qapılar açıqdır və bu bizi daha da güclü gələcəyə inandırır.

1990-cı illərin əvvəllərində Prezident Heydər Əliyev və Prezident Hafiz Əsədin də münasibətlərimizin inkişafı barədə böyük niyyətləri var idi. Ölkələrimiz dünya səviyyəsində strateji mövqelərə malikdir. Həm bölgədə olan ölkələrlə, həm qonşuluğumuzda olan ölkələrlə dövlətlərimizin dost və xoş münasibəti vardır.

Əminəm ki, bu münasibətlərin ümumən bizim vəziyyətimizə çox müsbət təsiri vardır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 1.