Azərbaycan-Suriya sənədlərinin imzalanması

 

İyulun 8-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin iştirakı ilə Azərbaycan-Suriya sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Azərbaycan Respublikasının hökuməti və Suriya Ərəb Respublikasının hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələblərindən azad olunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem imzaladılar.

"Azərbaycan Respublikasının hökuməti və Suriya Ərəb Respublikasının hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının hökuməti və Suriya Ərəb Respublikasının hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu"nu, "Azərbaycan Respublikasının hökuməti və Suriya Ərəb Respublikasının hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş"i, "Azərbaycan Respublikasının hökuməti və Suriya Ərəb Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 2.