İyulun 8-də Suriya Ərəb
Respublikasının Prezidenti Bəşşar əl-Əsəd
Azərbaycan Respublikasına ikigünlük rəsmi səfərə
gəlmişdir.
Azərbaycanın və
Suriyanın dövlət bayraqları ilə bəzədilmiş
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali
qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Suriya dövlətinin
başçısını və xanımını hava
limanında Azərbaycanın Baş nazirinin birinci müavini
Yaqub Eyyubov və digər rəsmi şəxslər
qarşıladılar.
Milli geyimli uşaqlar
Suriya Prezidentinə və xanımına gül dəstəsi
təqdim etdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 3.