GTZ ilə ölkəmiz
arasında faydalı əməkdaşlıq davam
edir
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, iyulun 8-də ədliyyə
naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədov Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və
"Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi"
layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya
Königsmann ilə görüşmüşdür.
Azərbaycan və
Almaniya arasında dostluq və əməkdaşlıq
münasibətlərinin dinamik inkişafını bildirən
nazir GTZ-nin 10 ildən artıqdır ki, ölkəmizlə səmərəli
əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələrin
həyata keçirildiyini, alman mütəxəssislərinin
milli qanunvericiliyin təkmilləşdirilməsində fəal
iştirakını, təkcə son 3 ildə 400-ə
yaxın hakim, hakimliyə namizədlər və ədliyyə
işçilərinin 20-dən çox birgə tədris tədbirlərinə
cəlb olunduğunu, həmçinin hüquqşünas
kadrların müasir hüquq ədəbiyyatı ilə təmin
edilməsi üzrə işləri qeyd etmişdir. Nazir
dövlətimizin başçısı cənab İlham Əliyevin
rəhbərliyi ilə ədliyyə və məhkəmə
sisteminin müasirləşdirilməsi sahəsində
görülən işlər, hakimliyə namizədlərin ən
mütərəqqi qaydalarla seçimi, habelə Ədliyyə
Akademiyası ilə bağlı ətraflı məlumat
vermişdir.
GTZ ilə Azərbaycan
arasında hüquqi sahədə əməkdaşlığın
çox yüksək səviyyədə olduğunu
vurğulayan qonaqlar ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatları nəticəsində qazanılmış nailiyyətləri
yüksək qiymətləndirmiş, Ədliyyə Nazirliyi ilə
uğurlu əməkdaşlıq üçün
yaxşı şəraitin yaradılmasına görə minnətdarlığını
bildirmiş, qarşılıqlı fəaliyyətin bundan
sonra da genişləndirilməsi üçün səylərini
daha da artıracaqlarını söyləmişlər.
Görüşdə
ötən ay GTZ-nin təşkilatçılığı
ilə "Hüquqi dövlətçiliyin
inkişafı" mövzusunda Berlində keçirilmiş
konfransda ölkəmizin yüksək səviyyədə təmsil
olunaraq fəal iştirakı, iki dövlətin ədliyyə
nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın
əhəmiyyəti vurğulanmış, əməkdaşlığın
perspektivləri, o cümlədən inzibati məhkəmələrin
təşkili, hakimlər və hakimliyə namizədlərlə
müxtəlif tədris tədbirlərinin keçirilməsi
üzrə məsələlər geniş müzakirə
olunmuşdur.
Qonaqlar nazirlikdə Ədliyyə
Tarixi Muzeyi ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2009.- 9 iyul.- S. 4.