Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

 

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu sözləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.

Azərbaycanlı ziyalıların Dağlıq Qarabağa və Ermənistana səfərlər etməsinə münasibət bildirən N.Məmmədov qeyd etmişdir ki, əgər ermənilərlə uzun əsrlərlə bir yerdə yaşamaq istəyiriksə, bu olmalıdır. Daimi qonşuluqda düşmən kimi yaşamaq mümkün deyildir. Bu münaqişə bir gün həll olunmalıdır. Tarixdə belə dövrlər olmuşdur. Buna görə də Dağlıq Qarabağa səfər edib orada gedən proseslərin canlı şahidi olmağın, onların fikirləri ilə tanış olmağın heç bir ziyanı yoxdur. Bunu etmək lazımdır.

N.Məmmədov vurğulamışdır ki, belə addımların danışıqların müsbət ruhda getdiyi zaman atılmasına ehtiyac vardır və bu addımlar davam etdirilə bilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 4.