Bəzi dairə seçki (referendum) komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının qərarı

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

Teymur Lətif oğlu Abbasov, Xeyrulla Yadulla oğlu Əliyev və Lətif Müzəffər oğlu Hüseynov 1 saylı Şərur - Sədərək, Kamal Elbrus oğlu Ələkbərov və Qafil Elbəyi oğlu Əliyev 2 saylı Şərur, Nicad Şaiq oğlu Fətullayev 3 saylı Babək - Kəngərli, İlkin Nizami oğlu İsmayılov və Namiq Nurəli oğlu Babayev 7 saylı Ordubad - Culfa seçki dairəsi dairə seçki (referendum) komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr Məzahir Pənahov

 

Müavin Svetlana Qasımova

 

Üzvlər

 

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli

 

08.07.09

 

 

Azərbaycan.- 2009.- 9 iyul.- S. 7.