İyulun 9-da Azərbaycan
Respublikasının diplomatik xidmətinin 90 illiyinə həsr
olunmuş tədbirlər çərçivəsində
1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici İşlər Nazirliyinin yerləşdiyi - Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin inzibati
binası üzərində xatirə lövhəsinin açılış
mərasimi olmuşdur.
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov lövhənin
üstündən örtüyü
götürmüşdür. Xatirə lövhəsinin üzərində
"Bu binada 1918-1919-cu illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yerləşmişdir"
sözləri həkk olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 10 iyul.- S. 4.