Müdafiə Nazirliyində ABŞ generalı ilə görüş olmuşdur
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə,
iyulun 9-da nazir, general-polkovnik Səfər Əbiyev ABŞ-ın
Oklahoma ştatının Milli Qvardiyasının komandanı
general-mayor Mayls Diringin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Görüşdə
müxtəlif istiqamətlər üzrə ABŞ-Azərbaycan
əlaqələri, eyni zamanda hərbi əməkdaşlıq
məsələlərinin hazırkı inkişaf dinamikası,
bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2009.- 10 iyul.- S. 4.