Ümummilli lider Heydər
Əliyevin məzarını
və Şəhidlər
xiyabanını ziyarət
Azərbaycan
Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə
Xarici İşlər Nazirliyinin əməkdaşları,
Bakıda keçirilmiş "Azərbaycan qlobal siyasətdə:
xarici siyasətin formalaşması" adlı beynəlxalq
konfransın iştirakçıları və xarici ölkələrdə
olan səfirlərimiz iyulun 9-da Fəxri xiyabana gələrək
müasir Azərbaycan dövlətinin memarı və qurucusu,
ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə əklil qoymuşlar.
Sonra diplomatlar Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəman vətən övladlarının xatirəsini
anmış, "Əbədi məşəl" abidəsinin
önünə əklil qoymuşlar.
Azərbaycan.- 2009.- 10
iyul.- S. 4.