Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər
edilməsi barədə
"Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi haqqında Əsasnamənin və
Komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli
Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 581 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, ¹ 7, maddə 423; 2001-ci il, ¹ 10, maddə 640;
2006-cı il, ¹ 7, maddə 590) ilə təsdiq edilmiş
"Dövlət müəssisələrinin özəlləşdirilməsi
zamanı yaradılmış səhmdar cəmiyyətlərinin
və ixtisaslaşdırılmış çek investisiya
fondlarının səhmdarlarının reyestrinin
aparılması qaydaları haqqında Əsasnamə"nin
5-ci bölməsinin 5.6-cı bəndinin ikinci abzasından
"Prezidenti yanında" sözləri
çıxarılsın.
2. "Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
¹7, maddə 423; 2003-cü il, ¹ 10, maddə 585; 2004-cü il, ¹
8, maddə 617, ¹9, maddə 678; 2005-ci il, ¹10, maddə 910; 2008-ci
il, ¹9, maddə 798, ¹11, maddə 970; Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından, preambuladan,
2-ci bənddən, 3-cü bəndin ikinci abzasından,
16-cı və 17-ci bəndlərdən "Prezidenti
yanında" sözləri çıxarılsın;
2.2. 6-cı və 7-ci bəndlər
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 10 iyul.- S. 3.