ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana gəlmişlər

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Mətyu Brayzə, Yuri Merzlyakov və təşkilatın hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 9-da Azərbaycana səfərə gəlmişlər.

Səfər çərçivəsində həmsədrlər Azərbaycan rəsmiləri ilə görüşəcəklər. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunacaqdır.

Həmsədrlər Bakıya gəlməzdən əvvəl Yerevanda olmuş və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti danışıqlar aparmışlar.

Heydər Əliyev adına Beynəlxalq hava limanında jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar Fasye Ermənistandakı görüşlərinin konstruktiv keçdiyini demişdir.

 

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 7.