Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da
ABŞ Dövlət Departamenti katibinin birinci müavini Ceyms
Staynberqi qəbul etmişdir.
Görüşdə Azərbaycan
ilə ABŞ arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə, o cümlədən siyasi,
iqtisadi və energetika sahələrində uğurla inkişaf
etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da
genişlənəcəyinə əminlik ifadə olundu. Bundan əlavə,
görüşdə ikitərəfli münasibətlər,
regional və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Ceyms Staynberq Birləşmiş
Ştatların dövlət katibi Hillari Klintonun
salamlarını dövlətimizin başçısına
çatdırdı. Prezident
İlham Əliyev xanım Klintonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını ABŞ-ın dövlət
katibinə çatdırmağı xahiş etdi.
Sonra görüş
nümayəndə heyətinin iştirakı ilə davam
etdirildi. ABŞ dövlət
katibinin Avropa və Avrasiya məsələləri üzrə
müavini Filip Qordon da nümayəndə heyətinin tərkibində
idi.
AzərTAc
Azərbaycan.- 2009.- 11 iyul.- S. 1.