Monqolustanın Prezidenti zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja

 

Hörmətli cənab Prezident!

Monqolustanın milli bayramı - Xalq inqilabı Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Monqolustan arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da öz inkişafını davam etdirəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 1.