Erməni lobbisinin separatçı Dağlıq Qarabağ rejimi üçün ABŞ Senatından maliyyə qoparmaq səyləri boşa çıxmışdır

 

Erməni lobbisinin separatçı Dağlıq Qarabağ rejimi üçün ABŞ Senatından maliyyə qoparmaq səyləri boşa çıxmışdır. Bu qətnamənin dəstəklənməməsi erməni lobbisinin ilk məğlubiyyəti sayılır.

Birləşmiş Ştatların erməni lobbisi separatçı rejimə 10 milyon dollar məbləğində yardımın ayrılması ilə bağlı təşəbbüslə çıxış etmişdi. Lobbi Ermənistan üçün 75 milyon dolların ayrılmasını tələb etsə də, rəsmi Yerevan 30 milyon dollarla kifayətlənməli olmuşdur. Bu, ABŞ-dakı Azərbaycan və yəhudi diasporunun birgə səylərinin uğurlu nəticəsi kimi qiymətləndirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 1.