Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu  

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 583; 2001-ci il, ¹7, maddə 454, ¹9, maddə 576, ¹12, maddə 734; 2002-ci il, ¹5, maddə 249, ¹12, maddə 707; 2003-cü il, ¹8, maddə 425, ¹12, I kitab, maddə 671; 2004-cü il, ¹1, maddə 1, ¹11, maddə 887, ¹12, maddə 980; 2005-ci il, ¹2, maddə 61, ¹8, maddə 688, ¹12, maddə 1081; 2006-cı il, ¹12, maddələr 1005 və 1026; 2007-ci il, ¹1, maddə 4, ¹6, maddə 596, ¹12, maddə 1192) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Məcəllənin mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

2. 2.8-ci maddədə "həmin qanun layihələri" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 14.3.4-cü maddə əlavə edilsin:

"14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda.".

4. 24.0.6-cı maddədə "təsərrüfat subyektlərinin" sözləri "bölmələrinin" sözü ilə əvəz edilsin.

5. 58.5-ci, 67.13-cü, 172.4.1-ci, 172.4.3-cü, 172.5.5-ci, 172.5.6-cı, 172.5.8-ci, 175.1-ci, 175.1.3-cü, 175.2-ci, 175.8-ci, 176.1-ci, 176.2-ci, 176.2.7-ci, 176.2.10-cu, 176.3-cü, 176.4-cü, 181.1-ci, 194.2.3-cü, 194.2.8-ci, 195.1-ci, 195.2-ci və 195.3-cü maddələrində ismin müvafiq hallarında verilən "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin.

6. 58.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir";

7. 59.2-ci maddədən "cari" sözü çıxarılsın;

8. 60.1.2-ci maddədə "- icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin 20 faizi" sözləri "növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi" sözləri ilə əvəz edilsin və bu abzasın sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:

"Bu zaman tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır.".

9. 70.1-ci maddədə "yazılı şəkildə" sözlərindən sonra "və ya elektron formada" sözləri əlavə edilsin.

10. Aşağıdakı məzmunda 77.4.5-ci maddə əlavə edilsin:

"77.4.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.".

11. 90.3-cü maddənin birinci abzasında "dayandırılır" sözündən sonra "və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi məhkəmə icraçısı tərəfindən təmin edilir" sözləri əlavə edilsin;

12. 90.3-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin, ikinci, üçüncü və dördüncü abzaslar müvafiq olaraq üçüncü, dördüncü və beşinci abzaslar hesab edilsin:

"Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışından əldə olunan vəsait barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir.";

13. 90.3-cü maddənin dördüncü abzasında "Qiymətləndirici" sözü "Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici" sözləri ilə əvəz edilsin;

14. 90.3.11-ci maddənin üçüncü abzasında "sifarişçiyə" sözü "ərizəçiyə" sözü ilə əvəz edilsin;

15. 90.4-cü maddənin ikinci abzasında "vergi orqanı" sözləri "borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə məhkəmə icraçısı" sözləri ilə, "bu maddədə" sözləri "qanunvericilikdə" sözləri ilə əvəz edilsin;

16. 90.6-cı maddənin ikinci abzası çıxarılsın.

17. 101.1-ci maddədəki cədvəlin 2-ci sətrində "35" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin.

18. 101.2-ci maddədə "İllik" sözü "Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik" sözləri ilə və həmin maddədəki cədvəlin 2-ci sətrində "35" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin.

19. Aşağıdakı məzmunda 101.3-cü maddə əlavə edilsin:

"101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.".

20. 102.1.6-cı maddənin əvvəlinə "Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən" sözləri əlavə edilsin.

21. 102.1.8-ci maddədə "5" rəqəmi (hər iki halda) "3" rəqəmi ilə əvəz edilsin.

22. 102.8-ci maddədə "əmək kitabçasının olduğu yerdə" sözləri "əsas iş yerində (əmək kitabçasının olduğu yerdə)" sözləri ilə əvəz edilsin.

23. 105.1-ci maddədə "22" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin.

24. 116-cı maddə 116.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 116.2 və 116.3-cü maddələr əlavə edilsin:

"116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.

116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.".

25. 124.1-ci maddənin ikinci abzasında "bu maddəyə uyğun olaraq" sözlərindən sonra "14 faiz dərəcə ilə" sözləri əlavə edilsin.

26. Aşağıdakı məzmunda 150.1.8-ci maddə əlavə edilsin:

"150.1.8. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar.".

27. 150.3.1-ci maddədə "150.1.1-ci və 150.1.2-ci" sözləri "150.1.1, 150.1.2 və 150.1.8-ci" sözləri ilə əvəz edilsin.

28. 150.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"150.3.3. ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannaməni vergi orqanına:

150.3.3.1. bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq;

150.3.3.2. bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;

150.3.3.3. ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.".

29. 153-cü, 163.1.4-cü, 163.2.1-ci, 166.1-ci, 166.2-ci, 166.3-cü, 169.4-cü, 177.5-ci və 189.2-ci maddələrində ismin müvafiq hallarında verilən "hesab-faktura" sözlərindən əvvəl "elektron vergi" sözləri əlavə edilsin.

30. 154.6-cı maddədə "istehsalçıları" sözündən sonra "və mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər" sözləri əlavə edilsin.

31. 155.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.".

32. 158.2-ci maddədə "45000" rəqəmi "75000" rəqəmi ilə əvəz edilsin.

33. Aşağıdakı məzmunda 164.1.13-cü maddə əlavə edilsin:

"164.1.13. Ödənişli məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla).".

34. 172.5.1-ci maddədə "əldə olunan" sözlərindən sonra "məbləğdən uduş fondunun məbləği çıxıldıqdan sonra qalan" sözləri əlavə edilsin.

35. 172.5.2-ci maddədə "bu Məcəllənin müddəalarına uyğun olaraq ümumi qaydada əvəzləşdirilir" sözləri "əvəzləşdirilmir" sözü ilə əvəz edilsin.

36. 175.1.3-cü maddədə "ödənilərkən" sözü "ödənilən gündən gec olmayaraq" sözləri ilə əvəz edilsin.

37. 176-cı maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 176. Elektron vergi hesab-fakturaları".

38. 176.2-ci maddədən "ciddi hesabat blankları olmaqla" sözləri çıxarılsın.

39. 176.2.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"176.2.8. Elektron vergi hesab-fakturasının nömrəsi.".

40. 176.2.9-cu maddənin əvvəlinə "ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin" sözləri əlavə edilsin və həmin maddədə "sıra sayı" sözləri "nömrəsi" sözü ilə əvəz edilsin.

41. Aşağıdakı məzmunda 176.3-1-ci maddə əlavə edilsin:

"176.3-1. Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

42. 195-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 195. Elektron vergi hesab-fakturaları".

43. Aşağıdakı məzmunda 201.1.1-ci maddə əlavə edilsin:

"201.1.1. Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14.3.4-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.".

44. 202.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"202.0.3. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur.".

45. 218.1-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manat və ondan az olan hüquqi şəxslər, həmçinin 90000 manat və ondan az olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.".

46. 220.5-ci maddədəki cədvəl aşağıdakı redaksiyada verilsin:

47. 221.4.9-cu maddənin 1-ci abzasında "balansında" sözü "mülkiyyətində" sözü ilə, ikinci abzasında isə "avtomobil nəqliyyatı vasitələri sahiblərinin" sözləri "mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri" sözləri ilə əvəz edilsin.

II. Bu qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 3.