"Azərbaycan
Respublikasının Vergi
Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 176.3-1-ci maddəsində
nəzərdə tutulmuş elektron vergi
hesab-fakturalarının tətbiqi, uçotu və istifadə
qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2. Müəyyən
edilsin ki:
2.1. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsində
(hər iki halda) nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Məcəllənin
90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
2.3. həmin Məcəllənin
90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda) və
150.3.3.-cü maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata
keçirir;
2.4. həmin Məcəllənin
176.3-1-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 11 iyul.- S. 1.