"Rusiya bu
gün" seminarı
başa çatmışdır
İyulun ilk həftəsində
Rusiya İnformasiya Teleqraf Agentliyinin (İTAR-TASS) təşkilatçılığı
ilə keçirilmiş "Rusiya bu gün - müasir mərhələdə
gənclər siyasəti" adlı seminar başa
çatmışdır.
Seminarda Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təmsilçiləri
ilə yanaşı, Ukrayna Milli İnformasiya Agentliyinin
(Ukrinform), Belarus Teleqraf Agentliyinin (BelTA), "Moldpress"
Dövlət İnformasiya Agentliyinin (Moldova) əməkdaşları
da iştirak etmişlər.
Seminar
iştirakçıları Moskvada İTAR-TASS-ın
redaksiyalarında olmuş, Veliki Novqorodda vilayətin qubernatoru,
şəhərin meri ilə görüşmüş,
Sankt-Peterburqa getmişlər.
Görüşlərdə
Rusiyanın bu günü, hazırda həyata keçirilən
dövlət gənclər siyasəti barədə ətraflı
məlumat alan jurnalistlər həm də adı çəkilən
şəhərlərdə tarixi abidələrlə
tanış olmuş, müzeyləri gəzmişlər. Qonaqlar
Tretyakov Qalereyası, Novqorod Kremli, Ermitaj, İsaakov kilsəsi,
Petropavlovsk qalası, Petrodvorets və Peterqofdan zəngin təəssüratla
ayrılmışlar.
Azərbaycan.- 2009.- 11 iyul.- S. 3.