Dünya Poçt İttifaqı Beynəlxalq Bürosunun baş direktoru Azərbaycanda poçt maliyyə xidmətlərinin inkişafını qeyd etmişdir

 

Dünya Poçt İttifaqı Beynəlxalq Bürosunun baş direktoru Eduard Dayan iyunun 4-5-də poçt maliyyə xidmətlərinin inkişafı üzrə Bakıda keçirilən konfransla bağlı Azərbaycanın poçt administrasiyasına məktub göndərmişdir.

E.Dayan ölkənin bütün əhalisinin poçt və müasir maliyyə xidmətlərindən istifadə etməsini Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uğuru hesab etmişdir. Məktubda həmçinin onun poçt maliyyə xidmətlərinin inkişafında əldə edilmiş yüksək nəticələr və gəlirlər haqqında məlumatlı olması diqqətə çatdırılır. Baş direktor poçt maliyyə xidmətlərinin inkişafı sahəsində Azərbaycanın təcrübəsinin bir çox ölkələr üçün nümunə olacağını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 5.