Azərbaycan Atıcılıq İdmanı Federasiyasının
hesabat-seçki konfransı
keçirilmişdir
İyulun 9-da Azərbaycan
Atıcılıq İdmanı Federasiyasının (AAİF)
hesabat-seçki konfransı keçirilmişdir. Tədbirdə
son 8 ildə görülmüş işlərin hesabatı
dinlənilmiş, nəticələr müzakirə
olunmuşdur. Quruma növbəti 4 il üçün prezident
seçilmişdir.
Bu vəzifəni yenidən
hazırkı prezident, Xüsusi Dövlət Mühafizə
Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov tutmuşdur.
Həmçinin
konfransda Yavuz Eminbəyli - güllə
atıcılığı, Hafiz Cəfərov - stend
atıcılığı, Rasim Rzayev isə yeni yaradılan
sportinq növü üzrə vitse-prezident təyin
olunmuşlar. Bundan başqa, AAİF-də İcraiyyə Komitəsinə
yeni üzvlər seçilmiş, onların sayı 7-dən
9-a çatdırılmışdır.
Xatırladaq ki, Vaqif
Axundov 1997-ci ildən AAİF-in prezidenti vəzifəsində
çalışır.
AzərTAc
Azərbaycan.- 2009.- 11 iyul.- S. 7.