"Azərbaycan
Respublikasının Milli Bankı
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və
əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 19 iyun tarixli 836-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Milli Bankı haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 19 iyun tarixli 836-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının Milli Bankı haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 19 iyun tarixli 836-IIIQD nömrəli Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan Respublikasının Milli Bankı
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 19 iyun tarixli 836-IIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 12 iyul.- S. 1.