Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul etmişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda bp şirkətinin icraçı direktoru Toni Hayvordu qəbul etmişdir.

Söhbət zamanı bp şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyi bildirildi, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə "Şahdəniz" layihəsinin işlənilməsinin gedişi və perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 1.