Azərbaycan Prezidenti İlham
Əliyevin və Böyük Britaniyanın
Baş naziri Qordon Braunun görüşü
Xüsusi müxbirimiz xəbər
verir ki, iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin
və Böyük Britaniyanın Baş naziri Qordon Braunun
görüşü olmuşdur.
Britaniyanın Baş
naziri Azərbaycan Prezidentini ölkəmizdə əldə
olunan iqtisadi uğurlar münasibətilə təbrik etdi. O,
Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən
enerji sahəsində əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğuladı.
Azərbaycanın
antiterror koalisiyasında iştirakına toxunan Qordon Braun
ölkəmizin bu istiqamətdə fəaliyyətinin
Böyük Britaniya hökuməti tərəfindən
yüksək qiymətləndirildiyini bildirdi.
Prezident İlham Əliyevi
demokratiya sahəsində əldə edilmiş uğurlar
münasibətilə də təbrik edən Q.Braun Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini
müsbət hal kimi dəyərləndirdi. Bildirdi ki,
Böyük Britaniya bundan sonra da Azərbaycanı beynəlxalq
aləmdə müxtəlif sahələrdə dəstəkləyəcəkdir.
"Biz Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə
əlaqələri genişləndirmək əzmindəyik"
- deyən Baş nazir Azərbaycanda iqtisadi inkişaf proseslərinin
gedişini xəbər aldı və bunun Böyük
Britaniyada da maraqla izlənildiyini vurğuladı.
Prezident İlham Əliyev
bildirdi ki, Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli
münasibətlər siyasi, iqtisadi və digər sahələrdə
uğurla inkişaf edir. Enerji sahəsi
qarşılıqlı əlaqələrin çox
mühüm istiqamətlərindən biridir. Uzun illərdir Azərbaycanla
bp arasında əməkdaşlıq sürətlə
inkişaf edir. Əlaqələrin digər sahələrdə
də inkişafı üçün yaxşı perspektivlər
var.
Prezident İlham Əliyev
Azərbaycanda iqtisadi sahədə, enerji və qeyri-neft
sektorunda əldə edilən uğurlardan danışdı. Azərbaycanın
Avropa ailəsinə sürətlə inteqrasiya etdiyini bildirən
dövlətimizin başçısı bu baxımdan Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
yeni mərhələyə daxil olduğunu vurğuladı.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana
qarşı davam edən təcavüzünün regional
inkişafa böyük əngəl törətdiyini bildirdi. Azərbaycanın
antiterror koalisiyasında iştirakı ilə bağlı
dövlətimizin başçısı dedi ki, ölkəmiz
bu işdə fəal iştirak edir, regional və beynəlxalq
təhlükəsizliyin təmin olunmasına öz töhfəsini
verir. Azərbaycan Prezidenti Avropanın enerji təhlükəsizliyində
ölkəmizin rolundan da danışdı və
vurğuladı ki, bu rol getdikcə daha da artır.
Görüşdə
ikitərəfli, regional və beynəlxalq məsələlərlə
bağlı fikir mübadiləsi aparıldı.
* * *
Görüşdən
sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
ilə Böyük Britaniyanın bp şirkəti arasında
qarşılıqlı anlaşma memorandumu imzalandı.
Sənədi Azərbaycan
tərəfdən Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev və bp şirkətinin hasilat üzrə
prezidenti Endi İnqlis imzaladılar.
* * *
Burada Böyük
Britaniya Baş nazirinin xanımı Sara Braun və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın
görüşü keçirildi.
* * *
Böyük Britaniyanın
Baş naziri Qordon Braun və xanımı Sara Braun Azərbaycan
Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı
iqamətgahdan yola saldılar.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 1.