Kral Beynəlxalq
Münasibətlər İnstitutunda görüş
Xüsusi müxbirimiz xəbər
verir ki, iyulun 13-də Londonda Azərbaycan Prezidenti İlham Əliyevin
məşhur siyasətçilərin, diplomatların, mətbuat
nümayəndələrinin, Avropanın tanınmış
publisistləri və ictimai xadimlərinin üzvü
olduqları Kral Beynəlxalq Münasibətlər
İnstitutunda görüşü olmuşdur.
Prezident İlham Əliyevi
binanın önündə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığının Cənubi Qafqaz üzrə xüsusu
nümayəndəsi ser Brayn Fol qarşıladı.
Ser Brayn Fol
görüşü açaraq, Azərbaycan Prezidentini təqdim
etdi.
Prezident İlham Əliyev
görüşdə "Azərbaycan üçün xarici
siyasət çağırışları" ("Foreign
policy challenges for Azerbaijan") mövzusunda
çıxış etdi.
İlk dəfə
2004-cü ildə bu institutda görüşünü
xatırladan dövlətimizin başçısı dedi ki,
ötən beş ildə müstəqil Azərbaycan müxtəlif
sahələrdə böyük inkişaf yolu keçmiş,
özünün milli maraqlarını təmin etmiş, tərəfdaş
ölkələrlə yaxşı münasibətlər
yaratmışdır.
Ölkəmizin iqtisadi
inkişafından danışan Prezident İlham Əliyev
bildirdi ki, son beş ildə iqtisadiyyat 2,6 dəfə
artmış, yoxsulluğun səviyyəsi xeyli
azalmışdır. İqtisadiyyatın inkişafı sosial
problemlərin həllinə imkan yaratmışdır. Azərbaycanın
iqtisadi uğurlarını beynəlxalq qurumlar da yüksək
qiymətləndirir.
Dövlətimizin
başçısı Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən layihələrdən
danışaraq bildirdi ki, regional əməkdaşlıq
baxımından bunların böyük əhəmiyyəti
vardır.
Prezident İlham Əliyev
Azərbaycanın xarici siyasətinin milli maraqlara, beynəlxalq
hüquqa, qarşılıqlı hörmətə, bir-birinin
işinə qarışmamaq prinsiplərinə söykəndiyini
vurğuladı.
Azərbaycanın
Böyük Britaniya ilə də yaxşı əlaqələrinin
olduğunu deyən dövlətimizin başçısı
bildirdi ki, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır.
Bu ölkə ilə əlaqələrimiz Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığı
baxımından da əhəmiyyətlidir.
Prezident İlham Əliyev
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən
bəhs edərək xatırlatdı ki, bu təcavüz nəticəsində
Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1
milyondan çox azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Azərbaycan münaqişənin
beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllinə
tərəfdardır.
Münaqişənin
başqa həlli yolu yoxdur.
Sonda Prezident İlham Əliyev
görüş iştirakçılarının
suallarına cavab verdi.
* * *
İyulun 13-də
Böyük Britaniya hökuməti adından Azərbaycan
Prezidenti İlham Əliyevin şərəfinə şam yeməyi
verilmişdir.
* * *
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığına rəsmi səfəri davam edir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 2.