"Heydər Əliyev. 40 il Azərbaycan uğrunda" diskinin təqdimat mərasimi keçirilmişdir
Ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyi
münasibətilə Prezident Kitabxanasının və "Səs"
qəzetinin birgə layihəsi əsasında "Heydər Əliyev.
40 il Azərbaycan uğrunda" adlı multimedia diski
hazırlanmışdır.
İyulun 13-də
Prezident Kitabxanasında diskin təqdimatı
keçirilmişdir. Əvvəlcə kitabxananın direktoru
Mayıl Əhmədov layihə barədə məlumat
vermişdir.
Layihənin məsləhətçisi,
"Azərbaycan" nəşriyyatının baş
direktoru Ağabəy Əsgərov
çıxışında ulu öndər Heydər Əliyevin
ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra
keçmiş Sovet İttifaqının ən zəif
inkişaf etmiş respublikalarından biri olan Azərbaycanı
ən qabaqcıllar sırasına
çıxardığını xüsusi
vurğulamışdır.
"Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev ulu öndərin zəngin siyasi
fəaliyyətinin diskdə bölmələr şəklində
əks olunduğunu bildirmişdir.
Milli Məclisin deputatları
Fəttah Heydərov, Musa Quliyev, Asəf Hacıyev, YAP idarə
heyətinin üzvü professor Şahlar Əsgərov
çıxışlarında ümummilli lider Heydər Əliyevin
dərin mənalı həyatından, ölkə və xalq
qarşısında misilsiz xidmətlərindən
danışmışlar.
YAP icra katibinin müavinləri,
Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz
Qurbanlı çıxışlarında 14 iyulun ölkəmizin
həyatında ən tarixi günlərdən biri olduğunu
vurğulamış, siyasi quruluşdan asılı olmayaraq,
Heydər Əliyevin hər zaman qəlbən bağlı
olduğu xalqı, Vətəni uçün
gördüyü böyük işləri
xatırlatmışlar.
Sonra diskdəki materiallar slaydlarla nümayiş etdirilmişdir.
Mayıl Əhmədov
Prezident Kitabxanasının saytının elektron sənədlər
toplusu bölümündə ulu öndər Heydər Əliyevin
həyatının bütün dövrlərini əks etdirən
məlumatların yerləşdirildiyini və təqdim olunan
diskin həmin materiallar əsasında
hazırlandığını bildirmişdir.
Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin mətbuat və informasiya orqanları ilə
iş sektorunun müdiri Vüqar Əliyev təqdimat mərasimində
iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 3.