Kiyevdə MDB PA Şurasının iclası və Beynəlxalq parlament konfransı başlanmışdır
İyulun 13-də Kiyevdə
MDB Parlamentlərarası Assambleyası Şurasının
iclası və Avropada təhlükəsizlik məsələlərinə
dair Beynəlxalq parlament konfransı başlanmışdır.
Ukrayna Ali Radasında
keçirilən toplantılarda Avropada təhlükəsizlik,
gələcək inkişaf, hüquqi bazanın təkmilləşdirilməsi
və digər məsələlər müzakirə olunur.
Bu tədbirlərdə
Azərbaycanı Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov və Milli Məclis sədrinin köməkçisi
- MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov
təmsil edirlər.
Deputatlarımız Beynəlxalq
parlament konfransında və MDB PA Şurasının
iclasında müzakirəyə çıxarılan məsələlərə
Azərbaycanın milli maraqları mövqeyindən münasibətlərini
bildirəcəklər.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.