"Asiyada islam
tibbi əlyazmalarının
vəziyyəti" mövzusunda
regional seminar başlanmışdır
İyulun 13-də Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin, İSESKO-nun və
Milli Elmlər Akademiyasının birgə təkilatçılığı
ilə "Asiyada islam tibbi əlyazmalarının vəziyyəti"
mövzusunda regional seminar başlanmışdır.
"Bakı İslam mədəniyyətinin
paytaxtı-2009" tədbirlər çərçivəsində
keçirilən seminarda Misir, Tunis, Səudiyyə Ərəbistanı,
Liviya, Bəhreyn, İran və digər ölkələrin
nümayəndələri iştirak edirlər.
İSESKO-nun və Azərbaycanın
himnlərinin səslənməsi ilə
açılmış seminarda çıxış edən
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov tədbirin əhəmiyyətindən
danışmış, mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva islam
dünyasında tibbin inkişafından, qədimliyindən
söhbət açmış, Azərbaycanda da tibbə dair əlyazmaların
olduğunu, onların zəmanəmizə qədər gəlib
çatdığını bildirmişdir.
İSESKO-nun Tehran filialı
idarəsinin mədəniyyət üzrə proqram
icraçısı Hassan Fartousi islam mədəniyyətinin
bütün dünyada təbliğinin vacibliyini
vurğulamışdır.
İyulun 15-dək davam
edəcək seminarda orta əsr əlyazmalarının
mühafizəsi, elektron mətnlərinin yaradılması, gələcək
nəslə çatdırılması və s. məsələlər
müzakirə olunacaqdır.
Seminar çərçivəsində
"Orta əsr Azərbaycan tibb əlyazmaları"
mövzusunda sərgi təşkil edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.