Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasəti Dünya Mətbuat Şuraları Assosiasiyasında maraqla qarşılanmışdır

 

Assosiasiyanın prezidenti, Türkiyə Mətbuat Şurasının sədri Oqtay Eqşi qurumun ötənilki fəaliyyəti barədə məlumat vermişdir. Dünya mətbuatında müşahidə olunan meyillərdən bəhs edən O.Eqşi son dövrdə internetmedianın geniş vüsət almasının qəzetlərin satışına əsaslı təsir göstərdiyini vurğulamış, dünya iqtisadi böhranının mətbuata təsiri ilə bağlı faktları açıqlamışdır.
Ə.Amaşov çıxışında şuranın fəaliyyəti, media-ictimaiyyət, media - hakimiyyət münasibətlərinin tənzimlənməsində həyata keçirdiyi layihələr barədə məlumat vermişdir.

Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Onlar Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı səslənən fikirləri diqqətlə qarşılamış, qurumun iş prinsipləri ilə ətraflı maraqlanmışlar.

Toplantıda dünyada söz və mətbuat azadlığının vəziyyəti müzakirə olunmuş, onun tənzimlənməsində fərqli fəaliyyət istiqamətlərinə malik mətbuat şuralarının ümumi strategiyasının hazırlanması məqsədəuyğun hesab edilmişdir.

Sonda təşkilati məsələyə baxılmış, Hindistan Mətbuat Şurasının sədri J.N.Ray Dünya Mətbuat Şuraları Assosiasiyasının yeni prezidenti seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.